Tanınmış telejurnalist, İctimai Televiziyanın aparıcısı Nigar Sabirqızı "Azercell”in tarifləri artırmaqla bağlı son qərarlarını kəskin tənqid edib.
AZXEBER.COM Nigar Sabirqızının sosial şəbəkə hesabında yazdığı qeydləri təqdim edir:
"”Azercell” Azərbaycanın ən öndə gedən şirkətlərindən biridir. Qiymət artımına münasibət bildirməyəcəm, çünki mübahisəli məsələdir. Məni belə böyük şirkətin öz istifadəçilərinə qarşı hörmətsizliyi təəccübləndirdi. İki gündür hamı "Azercell”in qiymət artımından danışır, şirkət yeni qərarını sadə dillə izah etməyi lazım bilmir.
Bir şirkət sübut etdi ki, ancaq pul qazanmaq barədə düşünür, ona pul qazandıran istifadəçilər ona maraqlı deyil. Sizcə, başqa ölkədə şirkətlər öz müştərisinə belə hörmətsizlik edər? Əslində "Azercell”in primitiv reklamları bu şirkət haqqında hər şeyi deyir. Təkcə onun da yox. Bizdə öz bahalı şirkətini ucuz reklam etdirmək adi haldır. Məsələn, "Türkcell”in reklamları filmə bənzəyir, "Azercell”in reklamları multfilmə.