“Hər şey çox danışılır, amma az göstərilir, önə çıxan çox olur amma öndə qalan az. AZ qalanların növbəsidir!”- deyən aparıcı “Bakı film”in təqdimatında ANS televiziyasında tezliklə yayımlanacaq “A-dan Z-yə” adlı yeni şou proqramla çıxış edəcək.
Fikirlərini AZXEBER.COM-la bölüşən aparıcı susqunluğa fərqli və maraqlı şou ilə son qoyacağını bildirib: “A-dan Z-yə hər kəsin zövqünə oxşayan verilişlər ilə evlərinizə qonaq gələcəyik. Fərqli, maraqlı, və dinamik proqramda nəyinki müğənnilər həmçinin aktyorlar, idmançılar, bəstəkar, şairlər və digər sahədə üzdə olan bütün insanlar qonağımız olacaq. Öndə ANS televiziyası və “Bakı film” olmaqla mənə inanan , etibar edən bu layihhənin reallaşmasında köməyi dəyən hər kəsə minnətdarlığımı bildirirəm”.