Tanınmış teleaparıcı Billurə Aslanqızı yenidən efirə qayıdıb.
Bu haqda AZXEBER.COM-a o özü məlumat verib.
Teleaparıcı deyib ki, AZTV-də veriliş aparacaq: "Mən mart ayından etibarən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində çalışıram. Bu aydan etibarən isə Azərbaycan Dövlət Televiziyası ilə mərkəzimizin birgə layihəsi olan "Multikulturalizm" verilişinin aparıcısı olacam. Verilişin ilk buraxılışı 17 oktyabr tarixində yayımlanıb".
Qeyd edək ki, Billurə Aslanqızı uzun illər Xəzər TV-də çalışıb.