Tanınmış teleaparıcı müğənniləri yıxıb-sürüdü: Xəstə o uşaq deyil, xəstə sizsiniz - VİDEO

MAQAZİN
14:30 18.05.2014
8563

Xəbər verdiyimiz kimi, ifaçı Zemfira İbrahimova ad günündə xəstə qız uşağına yardım etmək üçün məclisə toplaşan qonaqlardan kömək istəyib.

AZXEBER.COM xəbər verir ki, xəstə qız uşağını görən məşhurlar göz yaşlarına hakim ola bilməyiblər.

Müğənnilər hönkür-hönkür ağlayıblar.

Məşhur teleaparıcı, hazırda ABŞ-da yaşayan və orada yaradıcılıqla məşğul olun Günel Musevi bu addıma görə müğənniləri kəskin tənqid edib. O bu haqda yazıb:

Bu video baxdıqca gözlərimə inanmırdım. Bir xəstə uşağın yanında bu qədər ağlamaq nə deməkdir? Bizim cəmiyyət xəstə, şikəst insanlara yazıqlıq hissini nümayiş etdirməyi nə zaman özlərinə yasaq edəcəklər?!Bu bir biabırçı ağlaşma orgiyası idi. Xəstə uşağın yanında ağlamaqla onun həyatdan bütün ümidini kəsdirlər, ürəyinə sən öləcəksən fəryadını saldılar. Bütün mənfi enerjini göndərdilər körpə qızın üzərinə. Bu çox yanlış bir hərəkət idi. Bir ton yekə arvad-kişi bir uşağa sevgi, ümid, xəstəliyi ilə mübarizə etmək üçün güc və enerji vermək əvəzinə ona bir ölmüş məhluq kimi baxıb yazıq yazıq sığalladılar! Uşağı diri diri mənəvi şəkildə öldürdülər. Məncə orda uşaq yox, məclisdəki insanlar xəstədir! Bu rəftar bağışlanmazdır. Xaricdə insan ölür ona yenə də deyirlər sən yaxşı olacaqsan, yanında gülürlər, maraqlı söhbətlər aparırlar, mahnı oxuyurlar, nə bilim baş ayaq dururlar ki, təki xəstənin psixoloji durumu gümrah olsun. Bunlar isə rəsmən uşağa sən bitdin ay qız deyirlər özü də bir toy məclisində. Ayıb amma çox ayıb.

OXŞAR XƏBƏRLƏR