Tanınmış teleaparıcı Xəzər TV-dən ayrıldı

Tanınmış teleaparıcı Xəzər TV-dən ayrıldı
MAQAZİN
15:37 31.01.2013
3345

"Yanvar ayının 21-indən etibarən Xəzər Televiziyasi ilə yollarımı tamamən ayırdım"

Tanınmış aparıcı Ramal Hüseynov Xəzər TV-dən ayrıldığını tamaşaçılarına və həmkarlarına Facebook səhifəsindən çatdırdı:

“Bir müddət əvvəl, yəni sentyabr ayının son həftəsi "Həyata Baxış" verilişi öz yayımını dayandırdı vı istər mediada, istərsə də ki, izləyici auditoriyamız arasında böyük narahatlıq yarandı. Yazıçı, jurnalist, ziyalı və sadə tamasaçılar bu müddət ərzində etirazlarını, fikirlərini müxtəlif vasitələrlə ifadə etdilər. Zaman-zaman məndən harada olduğumu, harada işlədiyimi soruşursunuz. Bu suallar məni bir küncə sıxır əslində. Düşünürəm ki, artıq hər kəsi buradan məlumatlandırmalıyam. Soruşsanız ki, daha əvvəl niyə bunu etmirdin? Deyərəm ki, o zamanlar sözün əsl mənasında mənim üçün bu hadisədən danışmaq ağır idi. Ümid edirəm ki, məni anlayarsınız. Ağır olduğu qədər də hər şey naməlum idi. Önümü və ətrafımı görə bilmirdim. Bu səbəbə hər hansı açıqlama vermədim. Nəzərinizə çatdırıram ki, yanvar ayının 21-indən etibarən Xəzər Televiziyasi ilə yollarımı tamamən ayırdım. Mən artıq Xəzər TV-nin işçisi deyiləm. Çalışdığım bütün kanallarla hər zaman dostluq münasibətlərimi yaxşı və pis günlərin, qazandığımız uğurların və birgə paylaşdığımız gözel anların xətrinə saxlamışam və hər zaman da saxlayacam. Bunu mənim daha öncə çalışdığım kanallardakı iş yoldaşlarım çox gözəl bilir. Amma nə etməli, belə alındı. Sevginiz və dostluğunuz üçün çox təşəkkür edirəm. İnşallah Allah fürsət və imkan yaradar bir başqa formada yenə görüşərik”. 

OXŞAR XƏBƏRLƏR