Tanınmış telejurnalist: "İşdən öz ərizəmlə çıxmışam"

Tanınmış telejurnalist: "İşdən öz ərizəmlə çıxmışam"
SOSİAL
15:00 25.04.2020
2200
"İşdən öz ərizəmlə çıxmışam".

AZXEBER.COM xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında ATV-nin İctimai-siyasi verilişlər departamentinin baş redaktoru, tanınmış telejurnalist Vaqif Aydınoğlu işdən uzaqlaşdırılması xəbərindən danışarkən deyib. 

Onun sözlərinə görə, "Azərişıq" ASC-də işə qəbulu ilə bağlı hər hansı rəsmi qərar yoxdur: 

"Uzaqlaşdırılmamışam, özüm ərizə yazmışam. "Azərişıq"la bağlı isə hələ rəsmi qərar yoxdur".

Qeyd edək ki, mətbuatda ATV-nin İctimai-siyasi verilişlər departamentinin baş redaktoru, tanınmış telejurnalist Vaqif Aydınoğlu işdən çıxarıldığı ilə bağlı məlumat yayılıb. Bundan əlavə, onun "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin müavini kimi çalışacağı bildirilib.

OXŞAR XƏBƏRLƏR