Tanınmış türk aktyor vəfat etdi - VİDEO + FOTOLAR

Tanınmış türk aktyor vəfat etdi - VİDEO + FOTOLAR
08:38 13.03.2013
2529
Türkiyənin tanınmış aktyoru Dinçer Çekmez 73 yaşında vəfat edib. Bu barədə məlumatı aktyorun şəxsi “Facebook” səhifəsində qızları yayıb. “Böyük sənətkar, usta aktyor, ziyalı atam Dinçer Çekmez bu gün saat 4 radələrində vəfat edib. Hər birimizin başı sağolsun”.Qeyd edək ki, aktyor əsasən Kamal Sunalla (Şaban) komediya janrında çəkildiyi “Şərq bülbülü”, “Tarzan Rıfkı”, “İnək Şaban”, “Şaban əsgərdə”, “Süd qardaşlar”, “Şabanoğlu Şaban”, “Atla gəl Şaban” və s. bu kimi filmlərlə məşhur olmuşdu.Xatırladaq ki, Dinçer Çekmez “Min bir gecə” serialında Bürhan Evliyaoğlu və “Adını Feriha qoydum” serialında Ferihanın atası Rza obrazını canlandıran Metin Çekmezin böyük qardaşıdır.Allah rəhmət eləsin.
OXŞAR XƏBƏRLƏR