Tanınmış türk müğənnisi Bakıda konsert verəcək

MAQAZİN
17:42 05.06.2013
2182

Türkiyənin sevilən müğənnisi Gülşən iyunun 30-u Bakıda olacaq. Konsertin təşkilatçısı Əli Hüseynovun ANS PRESS-ə verdiyi məlumata görə, müğənnini konsert boyunca Türkiyədən məxsusi dəvət edilmiş rəqqaslar müşayiət edəcəklər.  8 saat sürəcək konsertdə tamaşaçılar arasında müxtəlif uduşlu oyunlar, aksiyalar keçiriləcək. Konsert saat 18.00-da başlayacaq.

OXŞAR XƏBƏRLƏR