Tanınmış türkiyəli müğənni qəzaya düşdü, sevgilisi öldü - VİDEO

Tanınmış türkiyəli müğənni qəzaya düşdü, sevgilisi öldü - VİDEO
DÜNYA
09:36 14.12.2021
488
Tanınmış türkiyəli müğənni Gülçin Ergülün olduğu maşın ağır qəzaya uğrayıb.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, o, Balıkesirdə iş adamı olan sevgilisi Erdal Şeyda Lafçının sürdüyü maşında qəzaya düşüb.

Bildirilib ki, müğənni və iş adamının olduğu maşın İzmir-İstanbul avtomagistralında TIR-a çırpılıb.

İş adamı hadisə yerində həyatını itirib. Müğənni isə yaralanıb.

Gülçin Ergül Balıkesir Atatürk Şəhər Xəstəxanasına yerləşdirilib.

OXŞAR XƏBƏRLƏR