Tanınmış uşaq cərrahı vəfat etdi

Tanınmış uşaq cərrahı vəfat etdi
SOSİAL
09:50 04.09.2024
206
Azərbaycanın Əməkdar həkimi, uşaq cərrahı, tibb elmləri doktoru, professor Rauf Quliyev vəfat edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Mərkəzi Neftçilər Xəstəxanası (MNX) məlumat yayıb.

Qeyd edilib ki, o, 71 yaşında uzunsürən xəstəlikdən dünyasını dəyişib.

Xatırladaq ki, R.Quliyev Mərkəzi Neftçilər Xəstəxanasının əməliyyat və rezidentura şöbəsinin müdiri vəzifəsində çalışırdı.
OXŞAR XƏBƏRLƏR