Sosial şəbəkədə məşhurlaşanlar "Tor"a düşdü - VİDEO

Sosial şəbəkədə məşhurlaşanlar "Tor"a düşdü - VİDEO
MAQAZİN
17:02 27.01.2017
1668
Bu axşam saat 22:00-da Lider Tv-də "Tor" verlişi efirdə olacaq.
 
AZXEBER.COM xəbər verir ki, verlişin mövzusu sosial şəbəkələr və sosial şəbəkələrdə məşhurlaşan gənclərlə bağlı olub. 
 
Verilişdə qeyd olunub ki, İnstaqramda və digər sosial şəbəkələrdə, sayı yüz minləri ötən, "follow" və "like" toplayanların sayları əslində həqiqəti əks etdirmir. Uydurmadır. Məşhurların səhifələrinin follow və like-larını artıran proqramçısı "Tor"un studiyasında şok faktlar açıqlayacaq.
 
Öz follow ve like larını artıran məşhurlar kimlərdir? Onları tanıyacaqsınız. Bu siyahidə Hüseyn əzizoğlu və gənc ifaçı Damla varmı?
 
İnstaqram səhifələrində məşhurlar nə qədər pul qazanırlar? Hüseyn Əzizoğlu iddia edir ki, bir reklama 5000 azn məbləğ əldə edir.
 
Yaxın zamanlarda hansı məşhur şəxs Sevil - Sevinc bacılarını instaqramda follow sayına görə ötüb keçəcək?
 
Studiyaya dəvət edilən qonaqlar bu mövzularla bağlı danışacaq.
 
"Tor" tok-şousu hər həftənin cümə günü saat 22:00-da Lider TV-də yayımlanacaq. Verilişin aparıcısı İradə İsaqdır. Veriliş MZ Production-a məxsusdur.

OXŞAR XƏBƏRLƏR