Tanışı olduğu qıza görə bıçaqlandı

KRİMİNAL
01:51 12.03.2016
2427

Gəncədə dava bıçaqlanma ilə nəticələnib.

AZXEBER.COM report-a istinadən məlumatına görə, Gəncə şəhər sakini 1994-ci il təvəllüdlü Sənan Kənan oğlu Mərdanov tanışı olduğu qıza görə, hələ ki, adı məlum olmayan şəxslə mübahisə edib. Daha sonra mübahisə davaya çevrilib və nəticədə Sənan Mərdanov bıçaqlanıb.

Ağır bədən xəsarətləri alan gənc dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Onun vəziyyəti ağır olduğundan əməliyyat edilib.

Cərrahiyyə şöbəsinin həkimi Bəxtiyar Əliyevin verdiyi məlumata görə, 22 yaşlı gəncin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi qaldırılıb, hadisənin təfərrüatları araşdırlır.

OXŞAR XƏBƏRLƏR