Yük maşını sürücüsünün fərqində olmadan sıxması nəticəsində baryerə çırpılan elektrikli velosiped sürücüsü xəstəxanada dünyasını dəyişib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Kocaeli bölgəsində baş verib.
Yük maşınının sıxışdırdığı iddia edilən elektrik velosipedi dəmir baryerlərə çırpılıb. Elektrikli velosipedin parçalara ayrıldığı qəzada sürücü Eyüp Şahin ağır yaralanıb.
Təcili yardım qruplarının müdaxiləsindən sonra xəstəxanaya aparılan Şahinin bütün müdaxilələrə baxmayaraq xilas ola bilməyəcəyi və həyatını itirdiyi bildirilib.
Eyüp Şahinin 16 yaşında olduğu öyrənilib.
Oksana