Qənirə Paşayeva deyiləcək sözlərim Salam. Doğum gününüzə Salamlar... Nitşe iddia edirdi ki, doğum günü anlayışı yoxdu, anlayışın başladığı gün var. .. Çünki doğum varsa, asılılıq var. Və ən böyük asılılıq insanda elə sevgiyə olan asılılıqdır. Məchulluğa, varlığa, ölümə, bir sözlə heç kəsdən və heç nədən asılı olmayan sevgiyə. Yunus İmrə, Şəms Təbrizi, Füzuli sevgisi kimi, Ömər Xəyyam oxşaması kimi vasitəsiz sevgiyə. Yalnız o sevgini görür, yaradanın elə o sevgi olduğunu hiss edir və yenə Nitşe demişkən insan olaraq öz inandığına tapınır. Necə deyərlər: Neyleyim bu gönlüm, tek seni seçti, Neyleyim gözlerim, sende gül açtı, Hə... hamımızın jurnalist, millət vəkili olaraq tanıdığımız Qənirə Paşayevaya məxsusdur bu beytlər. Əslində bu beytdə bir aşiqlik, bir tanrıçılıq və sonunda özünəməxsus dünyaçılıq var. Bu dünyada ölüm də var, sevgi də var... və hamısı özünəməxsusdur. Ölümü də fərqlidir, aşiqliyi də. Çünki növbəti beytlərdən birində deyir: Şahı da, gedayı da vurur ölüm! Ölümün insafı var! Əslində bu gün yaşadığımız ən dərdli, yanğılı məsələ odur ki, doğulduğumuz üçün yaşamalı olduğumuzu, vəhşiləşmiş cismani yükdən xilas olmağımız üçün sevməyimizi düşünür və Bu səhralar dolur, boşalır hər an, Baxdıqca bu çölə oluram heyran. kimi Ömər Xəyyam ruhsallığından qaçırıq. Nəticədə bəzən bu həyatda nəyə görə yaşadığımızı, ali məqsədlərimizin nədən ibarət olduğunu belə unuduruq. Bu unutqanlığa görə bəzən istifadə edilmiş, kimliyi və şəxsiyyəti şəxsiyyət vəsiqəsindən o tərəfə keçməyən canlıya çevrilirik. Bəzən körpə hıçqırtısını fahişə iniltisi ilə səhv salıb dünya varının parıltısına günəş işığı tək baxıb kor olmaqdan belə zövq alırıq. Amma Qənirə Paşayevanın dediyi kimi Mən Yunusu, Mövlanənı anladım Mən Şəms adlı o günəşdən od aldım Səni bulan Aşiqlərdən yol aldım Qapını aç, bu quluna, ey Rəbbim! Məqsədini yaşayanlarımız da var. Bu gün Qənirə Paşayevanın doğum günüdür və bu günü yada salmaq istədim. Amma Qənirə Paşayevanın şeirlərini oxuyandan sonra onun mövcudluğunu, başlanığıc anını bir günlə bağlamağın mənasızlığılnı anladım. Çünki Yunis İmrə, Füzuli aşiqliyini yaşayan insan hər gün doğulur. Şəms Təbrizi idrakını günbəgün yaşayan insan elə hər gün yenidən doğulur. İlahi aşiqliyin nurunu, işığını görən insan hər gün bu Günəşə yaxınlaşdıqca anbaan doğulur. İnsan cismən hər gün necə qocalırsa, insan həm də hər gün doğulmağı bacarır. Ruhunu itirən insan hər gün necə ölüb dirilirsə, ruhuna, ali məqsədinə və aşiqlik həyatına baş əyən insan da hər gün sadəcə doğulur. Qalib yazan babaların , haraylayır Böyük Turan qurmaq üçün oyan, oyan Ey, Turanım.... Deyən Qənirə Paşayevanı doğulan hər gününü təbrik etməyimiz daha düz olardı. Doğulan günlərin Tanrı eşqini hər an yaşatsın.