Tarif Şurasının səlahiyyətləri azaldıldı

SOSİAL
18:38 17.03.2016
1857
"Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə"ində dəyişiklik edilib.
Prezident İlham Əliyev bununla bağlı fərman imzlayıb.
Dəyişikliyə əsasən, bundan sonra Tarif (qiymət) Şurası Azərbaycan Prezidenti tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin), xidmət haqlarının, yığımların dövlət tənzimlənməsini həyata keçirən kollegial icra hakimiyyəti orqanı kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, Tarif (qiymət) Şurası bunadək dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin), xidmət haqlarının, yığımların dövlət tənzimlənməsini həyata keçirən kollegial icra hakimiyyəti orqanı idi.

OXŞAR XƏBƏRLƏR