Tarix Əliyev: "Botokslu qızları necə birinci seçirsiniz?"

Tarix Əliyev: "Botokslu qızları necə birinci seçirsiniz?"
MAQAZİN
12:24 17.12.2025
119
Xəbər verdiyimiz kimi bir neçə gün öncə "Best model of Azerbaijan” gözəllik müsabiqəsi keçirilib. Müsabiqənin 2025-dəki qalibləri Əli Həsənovla və Günel Dəmirova olub.

AZXEBER.COM xəbər verir ki, aparıcı, prodüser Tarix Əliyev qərara etirazını bildirib.
 
O bildirib ki, gözəllik yarışmasına qatılan xanımlar təbii gözəl olmalıdır:
 
"Mən bilmirəm bu yarışmalarda qalibləri seçənlər hansı meyarları əsas tuturlar. Baxırsan birinci seçilən xanıma, hər yeri botoksdur. O ancaq botoks birincisi seçilə bilərdi. Qonşumuzun evdə oturan qızı, rayonda olan qızlar ondan qat-qat gözəldirlər. Mən anlaya bilmirəm ki, bu xanımları hansı bacarığına görə birinci seçirlər və onların da süni şəkildə fəaliyyətindəki qiymətlər artır. Bu da təəssüf ki, sosial şəbəkədə reklam olunmaqda onlara kömək olur. Onlar niyə bu mükafatı almağa meyillidirlər? Hansı sahədə qiymətlərini qaldıracaqlar? 
 
Beləliklə gecə klublarından çıxan mənşəyi bilinməyən qızlar meydana çıxır. Bu biabırçılıqdır. Bunu pul ilə seçirsinizsə, deməli 1.50 metr boyu, hər yeri botoks olan qızlar burada birinci ola bilirlər".
 
Aysel
OXŞAR XƏBƏRLƏR