Tarix Əliyevin adından istifadə edərək qadınları aldatdı

Tarix Əliyevin adından istifadə edərək qadınları aldatdı
MAQAZİN
15:52 01.12.2023
195

Prodüser-aparıcı Tarix Əliyev Daxili İşlər Nazirliyinə müraciət edib.

AZXEBER.COM xəbər verir ki, prodüser adından istifadə edərək işə düzəltmək məqsədi ilə xanımlardan pul tələb edən şəxsin saxlanılması üçün şikayətçi olub.

Tarix Əliyev şikayət edən xanımın müraciətini və şəxsin fotosunu "instagram” hesabında paylaşıb, şəxsin tapılması üçün müraciət edib. Aparıcı həmin şəxsin "MTV" kanalında çalışmadığını söyləyib.

Xanımın şikayətində deyilir:

"Bu şəxs özunu Mtv kanalında Tarix Əliyevin verilişinin baş operatoru, Baku Tv, Real Tv və AzTv-nin əməkdaşı kimi tanıdaraq, məni kanala koordinator vəzifəsinə düzəltmək adı ilə pul alıb. Məndən başqa bir neçə xanım da bu şəxsə işə düzəltmək adı ilə pul verib”.

Aysel

 

 


 

OXŞAR XƏBƏRLƏR