Tarix Əliyevin məhkəmə prosesi keçirildi

Tarix Əliyevin məhkəmə prosesi keçirildi
MAQAZİN
13:22 10.07.2025
346
Bu gün Nərimanov Rayon Məhkəməsində produser, aparıcı Tarix Əliyev barəsində xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə iclası keçirilib.

AZXEBER.COM xəbər verir ki, məhkəmə tərəfindən xüsusi ittiham qaydasında şikayətin icraata götürülməsindən imtina edilib.

Tarix Əliyevin vəkili Ramil Vəliyevdən münasibət bildirməsi üçün müraciət etdik. Vəkil bildirdi ki, xüsusi ittiham qaydasında şikayət əsassız olmaqla yanaşı, həm də qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. Tarix Əliyev tərəfindən şikayət vermiş şəxs təhqir edilməmiş, həmin şəxsin hər hansısa bir hüquqları pozulmamışdır.

Patrulaz.az-ın əldə etdiyi məlumata görə, Tarix Əliyevi məhkəmə verən şəxs ARCM-in 234.1-1 (narkotik vasitələrin qanunsuz daşınması) maddəsi ilə məhkum edilmiş şəxsin həyat yoldaşıdır.

OXŞAR XƏBƏRLƏR