“Tarix yazan qəhrəmanlarımız” layihəsi davam edir

İQTİSADİYYAT
11:18 16.01.2025
276

Qırmızı Ürəklər Fondu xeyriyyəçilik missiyasına sadiq qalaraq sosial layihələr həyata keçirməyə davam edir.

AZXEBER.COM xəbər verir ki, belə ki, Fond "Tarix yazan qəhrəmanlarımız” layihəsi çərçivəsində ötən gün Cəlilabad, Yevlax, Kürdəmir rayonlarından olan şəhid və qazi ailələrini sevindirib. 10 ailə tam təmirli, müasir standartlara cavab verən fərdi yaşayış evləri ilə təmin edilib.

Evlərin açarlarının təqdim olunması zamanı çıxış edən Fondun prezidenti Yusif Poladov layihənin önəmindən və cəmiyyətdə yaratdığı dəyərdən danışıb. "Şəhidlərimiz, qazilərimiz bizim qürur mənbəyimizdir. Dövlətimiz qazilərə və şəhid ailələrinə xüsusi qayğı göstərir. Bununla yanaşı bizim kimi xeyriyyəçilik missiyası daşıyan fondların, qurumların bu mözvuya həssas yanaşması, onları hər zaman diqqət mərkəzində saxlaması olduqca vacibdir. Ona görə də biz hər zaman sizin yanınızda olacağıq. Biz, ürəkləri birləşdirərək daha güclü və həmrəy Azərbaycan üçün çalışırıq”.

Qeyd edək ki, "Tarix yazan qəhrəmanlarımız” layihəsi çərçivəsində 2023-2024-cü illər ərzində Kürdəmir, Yevlax, Cəlilabad, Salyan, Zaqatala, Gədəbəy rayonlarında donorların dəstəyi ilə ümumilikdə 30 fərdi yaşayış evi istifadəyə verilib. Onlardan 16-sı şəhid ailələrinə, 14-ü isə Qarabağ müharibəsi əlillərinə təqdim edilib.

Qeyd edək ki, "Red Hearts” – Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən "Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil olmaq kifayətdir.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb