11 avqust tarixdə bir sıra hadisələrin baş verdiyi gün olaraq bilinir.
AZXEBER.COM 11 avqustda baş verən hadisələri təqdim edir:
1473 — Ağqoyunlular və Osmanlı imperiyası arasında Otluqbeli döyüşü baş verib.
1920 — RSFSR və Latviya arasında Riqa sülh müqaviləsi imzalanıb.
1932 — Belarusda Belovejskaya Puşça Milli Parkı yaranıb.
1960 — Çad Fransadan müstəqilliyini elan edib.
2008 — Pekində keçən 2008 Yay Olimpiya Oyunlarında cüdoçu Elnur Məmmədli qızıl medal qazanıb.
2012 — İranın Şərqi Azərbaycan ostanında zəlzələlər baş verib.
2012 — Londonda keçən 2012 Yay Olimpiya Oyunlarında güləşçilər Şərif Şərifov və Toğrul Əsgərov qızıl medal qazanıb.
2016 — Rio-de-Janeyroda keçən 2016 Yay Olimpiya Oyunlarında cüdoçu Elmar Qasımov gümüş medal qazanıb.
QEYD: 11 Avqust, Çad Respublikasının Müstəqillik Günüdür. Həmçinin, Pakistanda Bayraq Günü, Yaponiyada isə Dağ Günü kimi qeyd olunur.
Oksana