21 iyul bir sıra əlamətdar hadisələrin baş verdiyi gündür.
AZXEBER.COM 21 iyulda hansı hadisələrin baş verdiyini təqdim edir:
1969 — Apollon proqramı: 02:56 UTC-də astronavt Nil Armstronq Aya ayaq basan ilk insan olmuşdur.
1983 — Yaşayış məntəqəsində dünyanın ən aşağı temperaturu Antarktidanın Vostok stansiyasında −89,2 °C (-128,6 °F) səviyyəsində qeydə alınıb.
1991 — Argentina milli futbol komandası Amerika Kubokunu qazanıb.
1919 — Azərbaycan Demokratik Respublikasının Müəssislər Məclisinə seçkilər haqqında qərar qəbul edildi. Həmin sənədə əsasən, cinsindən, dilindən və milliyyətindən asılı olmayaraq 20 yaşına çatmış bütün vətəndaşlar Müəssislər Məclisinə seçkilərdə iştirak edə bilərdilər. Bərabər, müstəqim və qapalı seçkilər əsasında Müsəssislər Məclisinə 120 üzv seçilməli idi.
1920 — Erməni quldur dəstələri Zəngibasara basqın etdilər. Erməni terrorçular yüzlərlə dinc sakini, o cümlədən uşaq və qadınları da qətlə yetirdilər.
1940 — Ribbentrop-Molotov Paktına əsasən, 3 Baltikyanı dövlət – Latviya, Litva və Estoniya SSRİ-yə ilhaq edildi.Sovet İttifaqının tərkibində olduğu müddətdə həmin respublikaların xaricdə "mühacir hökuməti” fəaliyyət göstərdi, həm də banklarda qızıl ehtiyatları qorunub-saxlanıldı.
1946 —Türkiyə ilk çoxpartiyalı seçki keçirildi. Amma ədalətli təftişin olmaması, açıq səsvermə və gizli təsnif şəklində olan seçki sui-istifadələrə gətirib çıxardı. Seçki nəticəsində CHP 396, Demokrat Partiya isə 65 millət vəkili qazanmışdı.
1925 – Adolf Hitlerin "Mein Kampf” kitabı nəşr olundu.
Faşist ideologiyasının əsasını qoyan bu kitab Hitler tərəfindən həbsxanada yazılıb.
1944 – ABŞ Senatında Bretton Woods razılaşması qəbul edildi
Bu razılaşma Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankının yaradılmasına zəmin yaratdı.
1994 – Tony Blair Britaniya Leyborist Partiyasının lideri seçildi
Blair sonradan uzunmüddətli Baş nazir oldu (1997–2007).
Oksana