22 iyul Gregoryan təqviminə əsasən ilin 203-cü günüdür (səqavətli illərdə 204-cü). İlin sonuna 162 gün qalır.
AZXEBER.COM 22 iyulun nə günü kimi qeyd olunduğunu təqdim edir:
1298 – Falkirk döyüşü: İngiltərə kralı I Eduard, Şotlandiya ordusunu məğlub etdi.
1793 – Kanada qanunvericiliyi qulların azad edilməsinə dair ilk addımı atdı.
1946 – Kral David Oteli terroru: Sionist qruplaşma "İrgun” tərəfindən Britaniya qüvvələrinin yerləşdiyi otel bombalandı, 91 nəfər öldü.
2003 – İraqın devrilmiş lideri Səddam Hüseynin oğulları Uday və Qusay Mosulda ABŞ qüvvələri tərəfindən öldürüldü.
AZƏRBAYCANDA:
22 iyul Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. Ölkədə ilk mətbu orqanın - əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş "Əkinçi" qəzetinin nəşrə başladığı 22 iyul tarixi 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur.