Tarixdə ilk ağ gəlinliyi kim geyinib?

MARAQLI
12:52 16.05.2023
215
Tarixdə ilk ağ gəlinliyi kimin geyindiyi məlum olub.

AZXEBER.COM ağ gəlinliyin necə dəbə çevrildiyini təqdim edir:

Tarix boyu evliliyin, xüsusən də kral ailələri üçün önəmli yeri olub. Dünya tarixində gəlinliklər 17-ci əsrə qədər adətən sarı və ya gümüş rəngdə olub. 17-ci əsrdən sonra ağ rəngə üstünlük verilməyə başlandı.

Gəlinliklərin tarixi qədim sivilizasiyalara gedib çıxır. Qədim Misirdə qat-qat tikilmiş kətan parçalar gəlinlik kimi geyilirdi. Orta əsrlərdə gəlinlik geyinmək adəti yox idi, lakin qadınlar xüsusi günlərdə daha incə və təmtəraqlı geyimlərə üstünlük verirdilər. Çin və Hindistanda gəlinlər qırmızı rəngə üstünlük verirdilər. Kral ailələrində qızıl və gümüş rənglərdən istifadə olunurdu ki, bu da daha nəcib rəng hesab olunurdu.

Tarixdə ilk ağ gəlinlik 16-cı əsrdə İngiltərə kraliçası Viktoriya tərəfindən geyinilib. 1854-cü ildə Şahzadə Albertlə evlənən Kraliça Viktoriya ağ atlas gəlinliyə üstünlük verib. Kraliça Viktoriya toydan sonra gündəliyinə yazırdı: "Mən çox dərin Honiton krujevalı imitasiyalı ağ atlas paltar geyindim. Türk brilyant boyunbağımı, sırğalarımı və Albertin gözəl sapfir broşunu taxdım”.

Kraliça Viktoriya beləliklə, əsrlər boyu davam edəcək gəlinlik trendinə ilham verdi. Kraliça Vitoriyanın hakimiyyəti dövründə gəlinliyini ağ rəng seçməsi  sərvət əlaməti kimi qəbul edilirdi.

Osmanlıda gəlinliklər üçün sarayda qırmızı rəng daha sərfəli idi. İnsanlar əvvəllər mavi, yaşıl kimi rənglərə üstünlük verirdilər. Gəlin örtüyü istər sarayda, istərsə də ictimai yerlərdə qırmızı ola bilərdi.

1870-ci illərdə Paris modası Osmanlı imperiyasına təsir etməyə başlayanda gəlinliklərin rəngi getdikcə daha açıq olurdu. Sultan II Əbdülhəmidin qızı Naimə Sultan Osmanlı İmperatorluğunda ilk dəfə ağ gəlinlik geyinmişdir. İngiltərə kraliçasından sonra Osmanlı şahzadəsinin ağ gəlinlik geyinməsi gəlinlikdə ağ rəngin daha çox yayılmasına şərait yaradıb.

Beləliklə, ağ gəlinliklər 18-ci əsrdən başlayaraq hər il fərqli modellərlə günümüzə gəlməyə başladı.

Şəbnəm Zahir
 


OXŞAR XƏBƏRLƏR