“Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir”

“Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir”
SOSİAL
17:30 04.09.2026
431
Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. 

Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalara ciddi ziyan dəydiyi bildirilir.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Beynəlxalq münasibətlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səmayə Məmmədova bildirib ki, qayaların üzərinə yazılan bu cür yazıların təmizlənməsi heç də asan proses deyil. Əksinə, müdaxilə zamanı qayalara ciddi zərər dəyir. 

Məsələ bir daha tarixi və mədəni əhəmiyyət daşıyan abidələrin qorunmasının vacibliyini gündəmə gətirir. Turistlərin ziyarət etdiyi məkanlarda qayalara, tarixi tikililərə və digər qorunan obyektlərə yazı yazılması həmin abidələrin ilkin görünüşünün pozulmasına səbəb olur.

Qeyd edək ki, buna bənzər hal daha əvvəl Bakıda da baş verib. Aprelin 1-dən 2-nə keçən gecə paytaxtdakı tarixi Nizami Kino Mərkəzinin binasının fasadına boya ilə qraffiti çəkilib. Dövlət tərəfindən qorunan abidəyə vurulan ziyanla bağlı araşdırma aparılıb. 

Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən yayılan məlumatda bildirilib ki, görülən tədbirlər nəticəsində vandalizm aktının nəticələri qısa müddətdə aradan qaldırılıb və binanın ilkin görünüşü bərpa olunub.

Hadisə ilə əlaqədar qraffiti tipli təsvirlər çəkən 20 yaşlı A.S., 16 yaşlı L.M., 16 yaşlı Ş.Q. və 17 yaşlı M.B. saxlanılıb. Onlarla valideynlərinin iştirakı ilə aidiyyəti polis idarəsində profilaktik iş aparılıb.

Hər iki hadisə tarixi və mədəni irs nümunələrinə qarşı bu cür müdaxilələrin onların görünüşünə və qorunmasına mənfi təsir göstərdiyini göstərir.

Memar Muxtar Ərturan AZXEBER.COM-a açıqlamasında deyib ki, tarixi səth adi divar deyil:

"Tarixi abidələrin, qayaların və memarlıq nümunələrinin üzərinə ad, tarix və müxtəlif ifadələrin yazılması ilk növbədə tarixi irsə münasibət mədəniyyətinin yetərincə formalaşmamasından irəli gəlir. Bəzi gənclər bunu sadəcə bir yazı və ya xatirə kimi qəbul edə bilərlər, amma tarixi səth üzərində edilən belə müdaxilənin nəticəsinin nə qədər ciddi olduğunu dərk etmirlər. Burada çox vacib bir məqam var: tarixi səth adi divar deyil. Daşın üzərindəki yazını sonradan silmək mümkündür, amma təmizləmə zamanı daşın təbii səthi, patinası və fakturası zədələnə bilər. Yəni yazı yox olur, onun izi və vurduğu zərər isə qala bilir. Cıdır düzü kimi tarixi və mədəni əhəmiyyət daşıyan ərazilərdə buna xüsusilə həssas yanaşılmalıdır”.

O qeyd edib ki, problemin həlli  cərimə tətbiq etməkdən ibarət olmamalıdır:

"Məncə, problemin həlli yalnız cərimə tətbiq etməkdən ibarət olmamalıdır. Maarifləndirmə, preventiv nəzarət və məsuliyyət paralel işləməlidir. Məktəbdən başlayaraq gənclərə tarixi irsin niyə qorunduğunu anlatmalıyıq. Turistik və tarixi ərazilərdə də aydın xəbərdarlıqlar və nəzarət mexanizmləri olmalıdır.
Şuşa bizim üçün xüsusilə həssas məsələdir. Biz bu şəhərin tarixi irsinin qorunması üçün böyük işlər görürüksə, həmin irsi ziyarət edən insanın da üzərinə məsuliyyət düşür.
Tarixi abidənin üzərinə öz adımızı yazmaqla tarixdə qalmırıq. Əksinə, bizdən əvvəlki nəsillərin bizə çatdırdığı tarixin üzərində iz qoyuruq. Tarixi irsi sevməyin ən düzgün yolu ona toxunmadan gələcək nəslə ötürməkdir. "Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir”.
 
Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Uşakov: Putin və Paşinyan arasında görüş barədə hələlik konkret razılaşma yoxdur
22:50 06.10.2026
Uşakov: Putin və Paşinyan arasında görüş barədə hələlik konkret razılaşma yoxdur
Azərbaycan və Qazaxıstan yeni rəqəmsal marşrutu bu ay istifadəyə verməyi planlaşdırır
22:40 06.10.2026
Azərbaycan və Qazaxıstan yeni rəqəmsal marşrutu bu ay istifadəyə verməyi planlaşdırır
Qeysəriyyə əməliyyatından bir müddət sonra dünyasını dəyişdi - VİDEO
22:33 06.10.2026
Qeysəriyyə əməliyyatından bir müddət sonra dünyasını dəyişdi - VİDEO
FIBA Avropa Kuboku: "Neftçi" müntəzəm mövsümdəki ilk oyunda məğlub olub
22:26 06.10.2026
FIBA Avropa Kuboku: "Neftçi" müntəzəm mövsümdəki ilk oyunda məğlub olub
Türkiyənin ailə və sosial xidmətlər naziri şəhidlərimizin həyat yoldaşları ilə görüşüb - FOTO
22:16 06.10.2026
Türkiyənin ailə və sosial xidmətlər naziri şəhidlərimizin həyat yoldaşları ilə görüşüb - FOTO
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib
22:10 06.10.2026
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib
Böyük Britaniya və Azərbaycan strateji tərəfdaşlıqda yeni mərhələyə keçir
22:03 06.10.2026
Böyük Britaniya və Azərbaycan strateji tərəfdaşlıqda yeni mərhələyə keçir
Macarıstanda 2027-ci ildən etibarən sərvət vergisi tətbiq olunacaq
21:57 06.10.2026
Macarıstanda 2027-ci ildən etibarən sərvət vergisi tətbiq olunacaq
Övladları 1-ci sinfə gedən bir qrup valideyndən dərs proqramı ilə bağlı şikayət - VİDEO
21:49 06.10.2026
Övladları 1-ci sinfə gedən bir qrup valideyndən dərs proqramı ilə bağlı şikayət - VİDEO
Kahramanmaraşda İŞİD-ə qarşı əməliyyat zamanı 39 şübhəli saxlanılıb
21:43 06.10.2026
Kahramanmaraşda İŞİD-ə qarşı əməliyyat zamanı 39 şübhəli saxlanılıb
Dron hücumundan bir gün əvvəl kapitan oğlu ilə danışıb - VİDEO
21:34 06.10.2026
Dron hücumundan bir gün əvvəl kapitan oğlu ilə danışıb - VİDEO
Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb
21:28 06.10.2026
Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb
Middle East Eye: Türkiyə Səudiyyə Ərəbistanına məhdud hərbi kontingent göndərəcək
21:24 06.10.2026
Middle East Eye: Türkiyə Səudiyyə Ərəbistanına məhdud hərbi kontingent göndərəcək
Məktəblinin öldürüldüyü dava sentyabrın 24-dən başlayıbmış - VİDEO
21:16 06.10.2026
Məktəblinin öldürüldüyü dava sentyabrın 24-dən başlayıbmış - VİDEO
Aİ təmsilçiləri sabah Rusiyaya qarşı yeni və genişmiqyaslı sanksiyaları təsdiqləməyə hazırlaşır
21:09 06.10.2026
Aİ təmsilçiləri sabah Rusiyaya qarşı yeni və genişmiqyaslı sanksiyaları təsdiqləməyə hazırlaşır
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək
21:02 06.10.2026
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək