Tarixi Zəfərdən tarixi Sülhə - İlham Əliyev tarix yazır!

Tarixi Zəfərdən tarixi Sülhə - İlham Əliyev tarix yazır!
SİYASƏT
00:55 09.08.2025
216
Azərbaycan, region, bütövlükdə dünya tarixi olduqca əlamətdar bir hadisəyə şahidlik edir. Son dövrlər cərəyan edən hadisələr Azərbaycan tarixində keyfiyyətcə yeni mərhələnin başlandığıcıdır. ABŞ ilə strateji əməkdaşlıqdan tutmuş, Ermənistanla sülh sazişinin paraflanmasına qədər uzanan bu proseslər Prezident İlham Əliyevin həm regional, həm də qlobal səviyyədə uzaqgörən siyasətinin məntiqi nəticəsidir. Mövcud tendensiyalar Cənubi Qafqazın geosiyasi xəritəsini dəyişməkdədir.

Azərbaycanla ABŞ arasında imzalanmış strateji əməkdaşlığa dair Memorandum yalnız ikitərəfli münasibətlərin genişlənməsi deyil, həm də regionda ABŞ-ın aktiv siyasət yürütmək niyyətinin göstəricisidir. Bu sənəd enerji təhlükəsizliyindən tutmuş, regional sabitlik və post-münaqişə dövrünün inkişafına qədər bir sıra sferaları əhatə edir. Vaşinqtonun bu səviyyədə Bakıya açılması həm də Azərbaycanın müstəqil və balanslaşdırılmış xarici siyasət kursuna olan inamdan qaynaqlanır. ABŞ bu sənədlə Azərbaycanın Cənubi Qafqazda əsas tərəfdaş olduğunu rəsmən tanımış olur.

2016-cı ildə Donald Tramp ABŞ prezidenti seçiləndə Prezident İlham Əliyev onun xarici siyasətini təhlil edərək vurğulamışdı: "Tramp heç vaxt müharibə başlatmayıb.” Bu fikir təkcə Trampın hərbi siyasətinə dair siyasi qiymətləndirmə deyildi, eyni zamanda Qərb liderlərinə fərqli prizmadan baxmaq bacarığının göstəricisi idi. Bu fikir sonradan ABŞ-ın qlobal hərbi ritorikasında dəyişikliklərin başlaması ilə özünü doğrultdu. Bu, bir daha göstərdi ki, İlham Əliyev yalnız bölgənin deyil, dünya siyasətinin də nəbzini tuta bilən liderdir.

Zəngəzur dəhlizinin açılması və Naxçıvanla maneəsiz nəqliyyat əlaqələrinin qurulması, Azərbaycanın 30 illik geosiyasi blokadasına son qoyur. Bu, nəinki ölkədaxili birliyin gücləndirilməsi, həm də regional ticarət marşrutlarının dəyişməsi baxımından mühüm hadisədir. Zəngəzur dəhlizinin açılması həm də Türk Dövlətləri Təşkilatının üzvləri ilə quru bağlantının təmin olunması deməkdir ki, bu da Azərbaycanın Orta Asiya ilə inteqrasiyasını sürətləndirəcək.

İrəvanın Azərbaycanla sülh sazişini paraflaması və bu istiqamətdə konstitusiya dəyişikliyinə gedəcəyi öhdəliyini üzərinə götürməsi Ermənistanın 30 il davam edən mövqelərindən geri çəkilməsi kimi qiymətləndirilə bilər. Bu, həm daxili siyasi iradə, həm də beynəlxalq təzyiqlərin nəticəsi olsa da, prosesin əsas mühərriki məhz Azərbaycanın qətiyyətli və məqsədyönlü siyasətidir. Bu dəyişiklik Ermənistanın gələcəkdə revanşist iddialardan əl çəkəcəyinə və regionda sabitliyin təmin olunacağına ümidləri artırır.

Ən önəmli məqamlardan biri də budur ki, sülh sazişinin mətni məhz Azərbaycan tərəfindən hazırlanıb. Ermənistan tərəfinin bu sənədi imzalamağa razılaşması Azərbaycanın siyasi və diplomatik üstünlüyünün sübutudur. Bu, beynəlxalq hüquq və ədalət prinsiplərinin Azərbaycanın mövqeyini dəstəklədiyinin göstəricisidir. İlham Əliyev bu sülh gündəmini yaratmaqla Cənubi Qafqazda ilk dəfə olaraq reallığa əsaslanan və davamlı sülhə yönəlik modeli təqdim etmiş olur.

Bütün bu proseslərin fonunda Prezident İlham Əliyevin regional liderliyi daha parlaq görünür. O, hərbi, diplomatik və siyasi sahələrdə ardıcıl şəkildə uğur qazanaraq Azərbaycanın maraqlarını qorumağı və genişləndirməyi bacarıb. Torpaqlarımız 44 günlük vətən müharibəsində azad edilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa edilib. Rus qoşunları Azərbaycanın ərazisindən çıxarılıb.  Qarabağ zəfərindən sonra başlayan yeni mərhələ artıq tarixi qələbələrin diplomatik təntənəsi ilə tamamlanır. Bu, sadəcə bir dövrün bağlanması deyil, həm də Azərbaycanın dünya siyasətində öz yerini daha qabarıq şəkildə tutmasının başlanğıcıdır.

Azərbaycan bu gün regional və qlobal güclərin diqqət mərkəzindədir. ABŞ-la strateji əməkdaşlıq, Zəngəzur dəhlizi, Ermənistanla sülh sazişi və bütün bu addımların arxasında dayanan Prezident İlham Əliyevin liderliyi Cənubi Qafqazın yeni geosiyasi xəritəsini cızır. Bu hadisələr təkcə indiki dövr üçün deyil, gələcək nəsillər üçün də sabitlik, rifah və inkişaf zəmanəti kimi qiymətləndirilə bilər. İlham Əliyev tarix yazır – bu, sadəcə siyasi şüar deyil, faktlara söykənən bir reallıqdır.

Azər Niftiyev
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
02:01 09.08.2025
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
"İndi biz vaxt itirə bilmərik” - İlham Əliyev
01:57 09.08.2025
"İndi biz vaxt itirə bilmərik” - İlham Əliyev
"Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik, indi siyasi müstəvidə nöqtəni də qoyduq"
01:55 09.08.2025
"Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik, indi siyasi müstəvidə nöqtəni də qoyduq"
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
01:54 09.08.2025
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
ABŞ dövlət katibi: Cənubi Qafqazda yeni sülh dövrünü alqışlayırıq
01:47 09.08.2025
ABŞ dövlət katibi: Cənubi Qafqazda yeni sülh dövrünü alqışlayırıq
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
01:46 09.08.2025
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
"Ermənistan Konstitusiyasında nə qədər tez dəyişiklik etsə, bir o qədər yaxşı olar"
01:45 09.08.2025
"Ermənistan Konstitusiyasında nə qədər tez dəyişiklik etsə, bir o qədər yaxşı olar"
Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb
01:32 09.08.2025
Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb
"Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi"
01:30 09.08.2025
"Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi"
Prezident: Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi
01:27 09.08.2025
Prezident: Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi
İlham Əliyev: ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm
01:26 09.08.2025
İlham Əliyev: ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm
İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verir - CANLI
01:23 09.08.2025
İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verir - CANLI
Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışladı
01:21 09.08.2025
Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışladı
İlham Əliyev: 907-ci düzəlişin ləğvi tarixi hadisədir
01:18 09.08.2025
İlham Əliyev: 907-ci düzəlişin ləğvi tarixi hadisədir
Nikol Paşinyan: Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur
01:14 09.08.2025
Nikol Paşinyan: Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur
Ermənistanın Baş naziri: Sülh sazişi iki ölkə arasında yeni mərhələnin açılmasıdır
01:09 09.08.2025
Ermənistanın Baş naziri: Sülh sazişi iki ölkə arasında yeni mərhələnin açılmasıdır