Tarixi zibilliyə göndərilən xəyanət cəbhəsi və ya xoruzun quyruğu artıq tam aydın görünür

Tarixi zibilliyə göndərilən xəyanət cəbhəsi və ya xoruzun quyruğu artıq tam aydın görünür
SOSİAL
14:51 02.12.2025
589
2013-cü ilin prezident seçkiləri Azərbaycan siyasi tarixində dövlətçilik düşüncəsinin ən ciddi sınaqlarından biri idi. Həmin prosesdə İlham Əliyevin liderliyi Azərbaycan dövlətinin idarəçilik mədəniyyətinin, strateji düşünmək qabiliyyətinin və milli maraqlarımızı qoruyan siyasi iradənin təntənəsi idi.

O dövrdə cəmiyyətimizin qarşısına çıxarılan alternativlər isə ölkə suverenliyini zəiflətmək üçün səfərbər olunmuşdu. anti-Milli Şura da, "Milyarderlər İttifaqı” və "Ziyalılar Forumu" da bu məqsədə xidmət edirdi. Onları birləsdirən əsas cəhət vahid mərkəzdən idarə olunan və daxildə siyasi güc boşluğu yaratmaq istəyən təsir mexanizmlərinə çevrilməsi idi.

İlham Əliyevin praqmatik idarəçiliyi və zəngin təcrübəsi nəticəsində bu xəyanətkar dəstələr zərərsizləşdirilsə də, sonrakı dövrlərdə onlar yenidən öz "missiyalarını" davam etdirir, hər vəchlə daxildə sabitliyi pozmağa çalışırdılar. İkinci Qarabağ müharibəsi öncəsi qiyamkar ssenarilər də bu xüsusda təsadüfi deyildi.

Ramiz Mehdiyev sovet bürokratizminin mirasını yeni dövrün siyasi mühitinə daşıyaraq uzun illər ərzində daxildə parçalanma meyllərini artırır və dövlət idarəçiliyində şəffaflıq və modernləşmə tələblərinin artdığı bir şəraitdə köhnə idarəetmə modelini qorumağa çalışırdı. Onunla əlaqədar ortaya çıxan sənədləri, gizli yazışmaları, daxili siyasi şəraiti öz xeyrinə yönləndirmə istəyi onu dövlətçilik kursundan uzaqlaşdırdı.

Əli Kərimli isə cəmiyyətimizi radikal çağırışlara sürükləyən, iğtişaş yaratmaq ritorikasını kənar təsirlərlə eyni istiqamətə yönəltmiş bir obrazdır. Onun fəaliyyəti real siyasi proqramlardan deyil, destruktiv ünsürlərdən ibarətdir. anti-Milli Şura daxilində yaratdığı qütbləşmələr, cəmiyyəti süni şəkildə siyasi qarşıdurmalara cəkmək cəhdləri və xarici dairələrin ritorikası ilə paralellər onun "mübarizə”sinin mahiyyətini tam şəkildə açır.

Hər iki şəxsin ortaq xüsusiyyəti odur ki, onların hər biri fərqli müstəvilərdə olsa da, dövlət içi və milli maraqlara zərbə vuraraq öz çirkin məqsəd və ambisiyalarını həyata keçiriblər. Kordinasiya əsasında bu mərkli davranışları cəmiyyətdə hər iki şəxsi xəyanətkar obrazına çevirib. Hərəkət trayektoriyası dövlət konsepsiyasını sarsıtmaq və parçalamağa xidmət edib.

Azərbaycan cəmiyyəti artıq həmin köhnə siyasi manipulyasiya üsullarının arxasında mahiyyəti daha aydın görür. Dövlətə xidmət edən liderlik modeli ilə intriqa və xarici dairələrin əlaltısına çevrilən xainlərin arasındakı fərq daha kəskin şəkildə ortadadır.
 
Azər Niftiyev
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü
03:15 19.09.2026
Rusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü
Venesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür
02:37 19.09.2026
Venesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür
Nobel mükafatının məbləği artırıldı
01:29 19.09.2026
Nobel mükafatının məbləği artırıldı
Qarabağda gündəm olan görüntünün hekayəsi: Hərbçimizlə erməni qadın arasında diqqətçəkən dialoq - Video
01:03 19.09.2026
Qarabağda gündəm olan görüntünün hekayəsi: Hərbçimizlə erməni qadın arasında diqqətçəkən dialoq - Video
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
00:42 19.09.2026
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
00:38 19.09.2026
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
00:27 19.09.2026
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu - FOTO - VİDEO
00:21 19.09.2026
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu - FOTO - VİDEO
Bürclər bu günə nə deyir?
00:07 19.09.2026
Bürclər bu günə nə deyir?
ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı
23:49 18.09.2026
ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
23:38 18.09.2026
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Qərarsız olan dörd bürc
23:29 18.09.2026
Qərarsız olan dörd bürc
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
23:12 18.09.2026
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı
23:04 18.09.2026
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı
Yardımlıda açıq ərazidə yanğın olub - Video
22:53 18.09.2026
Yardımlıda açıq ərazidə yanğın olub - Video
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər
22:37 18.09.2026
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər