17 avqust 2012-ci il tarixdə Şəkidə “Cənnət Bağı” istirahət kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Bakı Gənclər Klubu ictimai birliyinin təşkilatçılığı ilə “Tariximizi Öyrənək, İrsimizi Qoruyaq!” adlı layihənin icrasına başlanılmışdır. AGİN-in mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın AZXEBER.COM-a verdiyi məlumata görə, layihə çərçivəsində müsabiqə nəticəsində seçilmiş 140 gənc iki mərhələyə bölünməklə, təşkil edilmiş yay düşərgəsində avqust-sentyabr ayında istirahətlə yanaşı Azərbaycan tarixini də öyrənmək imkanı əldə edəcəklər. Layihənin əsas məqsədi gənclərimizə Azərbaycan tarixini, onun təbliğini geniş şəkildə öyrətməkdir. Qeyd edək ki, müsabiqədə xarici dil bilən və tariximizin öyrənilməsinə maraq göstərən gənclərə üstünlük verilmişdir ki, onlar da gələcəkdə Azərbaycan tarixinin beynəlxalq aləmdə təbliğatına yardımçı ola biləcəklər.