Türkiyənin meqastarı Tarkan qadınlara qarşı zorakılığa etiraz edərək sərt mesajlar verib.
Müğənni 8 martın qeyd ediləcək bir gün olmadığını söyləyib:“8 mart dünya qadınlar günü əslində təqvimimizdə çox ağrılı-acılı bir gündür və məncə qeyd olunmamalıdır. Ananın müqəddəs sayıldığı bu cəmiyyətdə, təəssüflər olsun ki, kişilər hələ də qadınlarımızı, qızlarımızı incidirlər. Bir yandan bayramını təbrik edir, digər yandan döyür, işgəncə verir, azadlığını əlindən alır. Bu, müqəddəsliklə namus arasında sıxışmış kişiliyin xəstə zehnidir. Hamımız qadına qarşı şiddəti, zülmü aradan qaldırmaq üçün birləşməliyik. Qadın bərabərliyini bərpa etmək, onları ölümdən, işgəncədən xilas etmək üçün maarifləndirməliyik cəmiyyəti... Ancaq onda 8 martı qeyd edə bilərik!”//axsam.az