Tarkan Bakıda 1 milyon dollarlıq konsert verəcək

MAQAZİN
13:13 22.11.2013
1547

Dünya şöhrətli türkiyəli ifaçı Tarkan Yeni ili Bakıda qarşılayacaq.

AZXEBER.COM haberturk.com-a istinadən xəbər verir ki, meqastar Şimali Kiprdə yerləşən “Cratos Otel”indən aldığı 205 min dollarlıq Yeni il gecəsi konserti təklifinə “yox” deyib.Xəbərdə göstərilir ki, Tarkan 1 milyon dollar qarşılığında Bakıda səhnəyə çıxacaq.O, 10 min nəfərlik tamaşaçı qarşısında oxuyacaq.2012-ci ildə 500 min lira (təxminən 250 min manat-red) qarşılığında Bakıda çıxış edən dünya şöhrətli müğənni, 2014-cü ilə Azərbaycanda qədəm qoyacaq.Tarkan Bakıya ailəsi ilə birlikdə gələcək.

OXŞAR XƏBƏRLƏR