Tarkan Elon Maskın 1,7 milyard dollarlıq təklifini rədd etdi

Tarkan Elon Maskın 1,7 milyard dollarlıq təklifini rədd etdi
MAQAZİN
11:50 11.06.2025
318
Elon Musk "Cybertruck" üçün qlobal rezonans doğuran tanıtım kampaniyası üçün Tarkana təklif irəli sürüb.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, təklifin təfərrüatlarına görə, Tarkanın tanıtım filmlərində rol alması, avtomobili dünya turlarında tanıtması və sosial media vasitəsilə dəstək verməsi planlaşdırılırdı.
 
Lakin məşhur sənətçi heç kimin gözləmədiyi səbəbdən bu nəhəng təklifi rədd edib.
 
Tarkana yaxın mənbələrdən əldə edilən məlumata görə, sənətçinin qərarını maliyyə fikir ayrılıqları və ya sıx iş qrafiki deyil, Teslanın istehsal proseslərinin ətraf mühitə mənfi təsirləri formalaşdırıb.

Xüsusilə, elektrikli avtomobillərin akkumulyatorlarında istifadə edilən litium və kobalt kimi mineralların hasilatı zamanı ətraf mühitin məhv edilməsi və insan hüquqlarının pozulması Tarkanın qərarında həlledici rol oynayıb.

Sənətçinin yaxın ətrafı Tarkanın təklifə "Pul hər şey deyil. Gələcək nəsillərə təmiz dünya buraxmaq mənim üçün hər cür maddi qazancdan daha vacibdir" deyə cavab verdiyini bildirib.

Bu qərarı ilə ictimai həssaslığını bir daha nümayiş etdirən Tarkan musiqisi olduğu kimi duruşu ilə də nümunə olub.
 
Aysel
OXŞAR XƏBƏRLƏR