Tarkan etirazlarda həbs olunan gənclər üçün səsləndi

Tarkan etirazlarda həbs olunan gənclər üçün səsləndi
MAQAZİN
10:12 11.04.2025
313
İstanbul Bələdiyyəsinin sədri Ekrem İmamoğlunun həbsindən sonra Türkiyədə baş vermiş etiraz aksiyalarında həbs olunan tələbələrin bir qismi azadlığa buraxılıb.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, gənclərin azadlığa buraxılmasından sonra bir çox sənətçi sosial media hesablarından paylıaşımlar edib.
 
Dünya ulduzu Tarkan da məsələyə biganə yanaşmayıb:
 
"Azadlığa çıxan gənclərə görə çox sevinirəm. Ümid edirəm ki, qalan günahsız gənclər də tezliklə azadlığa qovuşacaqlar. Biz demokratiya və ədalət uğrunda mübarizə aparan gənclərimizlə fəxr etməliyik. Səma onların olması lazım olan yerdədir, qəfəslərdə deyil. Gələcəyimizə ümid bəsləsinlər, yolumuza işıq salsınlar”.
 
Aysel
OXŞAR XƏBƏRLƏR