Türkiyənin ən məşhur müğənnilərindən biri Tarkan insan alveri və mütəşəkkil cinayətkar dəstənin tərkibində qadınları fahişəliyə vadar etməkdə suçlanaraq həbs edilmiş "modelyer" Ramazzonu, yəni Gürcüstan vətəndaşı Ramaz Şamanaurini əsla tanımadığını deyib.Tarkanın vəkilləri "Google" korporasiyasına məktub yollayaraq müğənninin Ramazzo ilə olan fotosunun internetdə axtarış zamanı üzə çıxarılmamasını tələb edəcəklər.Tarkan mühafizəçilərinin rəhbəri Levent Ağaoğlu və menecerinə tapşırıb: “Bundan sonra konsertdə, yolda və ya hər hansı başqa yerdə yanıma gəlib şəkil çəkdirmək istəyən istənilən şəxsə mane olacaqsınız".O, "Posta"ya verdiyi açıqlamasında isə söyləyib: "O Ramazzo deyiləni tanımıram. Konsertdən sonra yanıma gələrək foto çəkdirmək istədiyini dedi. Xətrinə dəymək istəmədim. Onun nə işlə məşğul olduğunu da bilmirəm. Həmin fotoşəkli qəzetlərdə görəndə şoka düşdüm".