‘Tarqovı’dakı səkiləri restoranlara neçəyə satırlar? - FOTOLAR

SOSİAL
17:33 16.05.2016
3309

Bakının Səbail rayonu ərazisində yeni obyektlərin, restoranların fəaliyyətə başlaması ölkədə mövcud iqtisadi vəziyyətin devalivasiyadan sonra nisbətən düzəldiyini deməyə əsas verir. Müxtəlif restoran şəbəkələri, “fast-foot”lar müştəri cəlb etmək üçün Nizami küçəsində cəlbedici qiymət siyasətinə də başlayıblar.

AZXEBER.COM xəbər verir ki, ‘Tarqovı’ kimi tanınan məşhur Nizami küçəsində yeni açılan restoranlar müştəri cəlb etmək üçün təkcə qiymələ deyil, küçə ticarəti ilə də məşğul olmağa çalışırlar. Belə ki, “Azərbaycan kinoteatrı”nın yaxınlığında yeni açılan restoranlar öz masalarını səkinin ortasına qoyaraq vətəndaşların rahat gediş-gəlişinə maneəçilik törədirlər.

Əldə etdiyimiz məlumata görə hər bir restoran çətir və oturacaqlar üçün ayrı-ayrılıqda hər ay Bakı Şəhər İcra Hakimiyyətinə 4 min manatpul ödəyir. 

OXŞAR XƏBƏRLƏR