Fəvvarələr meydanında yerləşən “McDonalds”ın qarşısında, əlində çətir tutan bürünc qız heykəli naməlum səbəblərdən yoxa çıxıb.
AZXEBER.COM-un Gun.az-a istinadən verdiyi xəbərə görə, hazırda heykəlin yerinə zibil qabı qoyulub.Qısa müddətdə Bakı sakinlərinin, eləcə də şəhərimizin qonaqlarının sevimlisinə çevrilən bu heykəlin taleyi ilə bağlı məlumat əldə etmək üçün gün ərzində əlaqəli qurumlarla əlaqə saxladıq.Ancaq Bakı Şəhər İcra Hakimiyyəti, Səbail Rayon İcra Hakimiyyəti, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları heykəlin Fəvvarələr meydanında olmaması ilə bağlı ilk məlumatı bizdən eşitdiklərini və onun nə üçün və haraya aparılmasından xəbərsiz olduqlarını bildirdilər.Qeyd edək ki, qeyri-rəsmi məlumatlara görə, sözügedən heykəl bəziləri tərəfindən milli mentalitetimizə zidd hesab olunur. Hətta bir müddət əvvəl məhz bu səbəbdən onu sındırmışdılar.