"Tata Steel": Şəhriyar Məmmədyarov liderliyi əldən verib

"Tata Steel": Şəhriyar Məmmədyarov liderliyi əldən verib
İDMAN
23:46 22.01.2022
342
Niderlandın Veyk-an-Zeye şəhərində keçirilən "Tata Steel Chess" turnirində VII tura yekun vurulub.

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov qara fiqurlarla Macarıstandan olan Rixard Rapportla üz-üzə gəlib. Görüş 29-cu gedişdə heç-heçə ilə yekunlaşıb.

Beləliklə, 7 turun yekununa əsasən, Məmmədyarov 4,5 xalla 2-ci pillədə qərarlaşıb. İlk pilləni isə xalını 5-ə çatdıran norveçli dünya çempionu Maqnus Karlsen ələ keçirib.
OXŞAR XƏBƏRLƏR