Tatarıstan Prezidenti Azərbaycana səfər edəcək

Tatarıstan Prezidenti Azərbaycana səfər edəcək
SİYASƏT
13:09 15.11.2022
174
Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovun noyabrın sonunda Azərbaycana səfəri planlaşdırılır.

Tatarıstanın Azərbaycandakı daimi nümayəndəliyindən verilən məlumata görə, R.Minnixanovun başçılıq etdiyi işgüzar nümayəndə heyəti noyabrın 26-dan 30-dək Bakıda səfərdə olacaq.

Səfər zamanı iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə ediləcək.

Bundan başqa, birgə biznes forumun keçirilməsi də nəzərdə tutulub.
OXŞAR XƏBƏRLƏR