Tatarıstan prezidentinin oğlu təyyarə qəzasında öldü
DÜNYA
11:02 18.11.2013
1553
Tatarıstanın Kazan şəhərində baş verən təyyarə qəzası zamanı Tatarıstan Respublikasının prezidentinin böyük oğlu İrek Minnixanov və respublikanın Federal Təhlükəsizlik Xidmətinin rəisi də həlak olub.ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Moskva-Kazan reysində bu gün saat 19:24 də Kazanda “Tatarıstan” beynəlxalq hava limanına məxsus təyyarə yerə çırpılıb və yanıb.Təyyarənin göyərtəsində 44 sərnişin və 6 ekipaj üzvü olub ki, onların da hamısı həlak olub.