Tatarıstanda minik və yük avtomobilləri toqquşub, ölənlər var

Tatarıstanda minik və yük avtomobilləri toqquşub, ölənlər var
DÜNYA
05:37 29.12.2024
231
Rusiyanın Tatarıstan Respublikasında minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində 4 nəfər ölüb.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə Respublikanın Dövlət Yol Müfəttişliyi məlumat yayıb.

"Dekabrın 28-də Aktanış rayonunda "Volkswagen” markalı avtomobilin sürücüsü təhlükəli sürətlə hərəkətdə olarkən, nəqliyyat vasitəsini beton hasara çırparaq qarşıdan gələn zolağa çıxıb və nəticədə yük maşını ilə toqquşub. Qəza zamanı "Volkswagen”in sürücüsü və avtomaşında olan üç sərnişin ölüb”, - məlumatda deyilir.

Hadisə yerində yol müfəttişləri işləyir, təfərrüatlar aydınlaşdırılır.
OXŞAR XƏBƏRLƏR