Müğənni İbrahim Tatlısəsin nəvəsi Mert Tatlı evlənib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ceren Su ilə ailə quran Mertin toyu məşhur otellərin birində baş tutub. Gecəyə İbrahim Tatlısəsin sənət dostları və ailə üzvləri qatılıb. Müğənninin oğlu Ahmet Tatlı gəlininə toy hədiyyəsi olaraq qızıl kəmər bağlayıb.