Ukrayna İnfrastruktur Nazirliyi müddəti 19 noyabrda başa çatacaq Qara dəniz Taxıl Sazişi ilə bağlı açıqlama verib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Ukraynanın İnfrastruktur Nazirliyi noyabrın 19-da başa çatacaq Qara dəniz taxıl sazişi ilə bağlı son vəziyyəti açıqlayıb. Nazirlik İstanbulda imzalanan müqavilənin daha 120 gün uzadıldığını açıqlayıb.
Rusiyanın Ukraynaya təcavüzü səbəbindən bölgədən çıxarıla bilməyən taxıllar, prezident Ərdoğanın liderliyi ilə İstanbulda imzalanan taxıl müqaviləsi ilə ehtiyacı olan ölkələrə göndərilməyə başlanıb.
Xatırladaq ki, ötən günlərdə Rusiya müqaviləni qısa müddətə dayandırsa da, Türkiyənin təşəbbüsləri ilə taxıl daşınması bərpa olunub.
Gülay