"Taxıl Sazişi"nin müddətini uzatmayan Rusiyadan daha bir diqqətçəkən QƏRAR

"Taxıl Sazişi"nin müddətini uzatmayan Rusiyadan daha bir diqqətçəkən QƏRAR
DÜNYA
13:30 20.07.2023
367
Taxıl Dəhlizi Sazişinin müddətini uzatmayan Rusiya daha bir diqqətçəkən qərar qəbul edib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Ukrayna limanlarına gedən bütün gəmiləri potensial hərbi yükdaşıyıcı kimi nəzərdən keçirəcəyini açıqlayıb.
 
Qara dənizdəki humanitar dəhlizlərin azaldıldığı bildirilərkən, bu qərarın 20 iyul 2023-cü il tarixindən etibarən qüvvədə olacağı bildirilib.

Bəyanatda deyilir: "Buna uyğun olaraq, belə gəmilərin olduğu ölkələr də Ukrayna münaqişəsində Kiyev rejiminin tərəfində iştirak etmiş hesab ediləcək. Qara dənizin şimal-qərb və cənub-şərqində beynəlxalq sularda olan bəzi bölgələr də naviqasiya üçün müvəqqəti təhlükəli zonalar elan edilib".

Xatırladaq ki, ötən ilin iyulunda Türkiyənin Rusiya-Ukrayna müharibəsi ilə bağlı yaranan ərzaq böhranının həlli istiqamətində diplomatik səyləri ilə Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə koordinasiya əsasında İstanbulda "Birgə Koordinasiya Mərkəzi” yaradılıb.
 
Taxıl məhsullarının təhlükəsiz daşınması buradan izlənilməyə başlanıb. Dünyada ərzaq böhranının qarşısının alınması məqsədilə əldə edilən razılaşmada təkcə Ukrayna limanlarına gəmilərin yola salınması deyil, həm də İstanbulda nəzarət edilən gəmilərlə taxılın Ukraynaya daşınması da nəzərdə tutulub.
 
Müqavilənin müddəti indiyədək üç dəfə uzadılıb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR