Taxtakörpü-Ceyranbatan kanalında 2 nəfər batdı

Taxtakörpü-Ceyranbatan kanalında 2 nəfər batdı
08:54 02.09.2025
243
Taxtakörpü-Ceyranbatan su kanalının Xızı rayonunun Sitalçay kəndindən keçən hissəsində 2 nəfər batıb.

AZXEBER.COM xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.
OXŞAR XƏBƏRLƏR