Taylandın birneçə şəhəri uzun müddətdir davam edən musson yağışları səbəbindən su altında qalıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, fəlakət nəticəsində baş verən sel və torpaq sürüşmələrində 22 nəfər həyatını itirib, 19 nəfər isə yaralanıb.
Tailand Meteorologiya İdarəsi vətəndaşlara yağışların ayın sonuna qədər davam edəcəyi ilə bağlı xəbərdarlıq edib.
Taylandlı mütəxəssilər ölkədəki Çao Phra çayının daşmasından narahatdırlar. Belə ki, əgər çay daşarsa paytaxt Banqkokda böyük fəlakət baş verər.
Cəmalə