Tailandda tunel çöküb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Tailandın Nakhon Ratchasima bölgəsində tikilməkdə olan tunelin çökməsi nəticəsində dağıntılar altında qalan 3 işçinin cəsədi tapılıb.
Ölən işçilərdən ikisi Çindən, biri isə Myanmadandır və cəsədlər bir gün fərqlə tapılıb.
Daxili işlər naziri Anutin Çarnvirakul da axtarış-xilasetmə işlərinin 126 saat davam etdiyini qeyd edib.
Qeyd edək ki, avqustun 24-də Tailandın Nakton Ratchasima bölgəsində tunelin bir hissəsi Çin-Tailand sürətli qatar xəttinin tikintisi zamanı çöküb.
Gülay