Taylor Svift bayram ərəfəsində bir neçə xeyriyyə təşkilatına yardım edib.
AZXEBER.COM xarici mətbbuata istinadən xəbər verir ki, dünya ulduzu təşkilatlara xeyriyyə məqsədilə 2 milyon dollardan çox ianə edib.
Müğənni Amerika Ürək Assosiasiyasına və Feeding America təşkilatının hər birinə 1 milyon dollar ianə etməklə yanaşı, həmçinin musiqiçiləri dəstəkləyən MusiCares fonduna da külli miqdarda vəsait bağışlayıb.
Vəsait ürək-damar xəstəlikləri, aclıqla mübarizə və çətin həyat vəziyyətləri ilə üzləşən sənətçiləri dəstəkləmək üçün istifadə olunacaq.
Xeyriyyə təşkilatları müğənniyə səxavətli dəstəyinə görə təşəkkür edib və onun töhfəsinin vacibliyini vurğulayıblar.
Aysel









































