Tayvan Çinə məxsus 4 qırıcının hava sərhəddini pozduğunu açıqladı

Tayvan Çinə məxsus 4 qırıcının hava sərhəddini pozduğunu açıqladı
DÜNYA
20:39 01.08.2022
369
Çin Xalq Azadlıq Ordusunun Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus 4 qırıcı Tayvan HHM qüvvələrinin görüntü sahəsinə daxil olub.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə Tayvanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, manevrlərdə 4 ədəd J-16 qırıcısı iştirak edib. Buna cavab olaraq Tayvan hərbçiləri radioxəbərdarlıq yayaraq zenit-raket komplekslərini hazır vəziyyətə gətiriblər.
OXŞAR XƏBƏRLƏR