Bu gün Tayvanın şimal-şərq sahillərində 5,3 maqnitudalı zəlzələ olub.
AZXEBER.COM-un TAAS agentliyinə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 21:05 radələrində baş verən zəlzələnin ocağı İlan şəhərindən 24,6 km uzaqlıqda 66,7 km dərinlikdə yerləşib.
Yeraltı təkan Sinbey, Taybey, Tayçjun, Taoyuan və digər şəhərlərdə də hiss edilib.
Dağıntı və tələfat barədə məlumat verilmir.