Tayvanın şərqində yerləşən Hualien prefekturası sahillərində 5,7 bal gücündə zəlzələ qeydə alınıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Mərkəzi Meteorologiya Bürosunun (CWA) məlumatına görə, zəlzələnin episentri Hualien prefekturasından 24,7 kilometr şərqdə yerləşib. Yeraltı təkanlar 15,1 kilometr dərinlikdə baş verib.
Zəlzələ Hualien şəhərində və adanın şərq sahilində yerləşən digər yaşayış məntəqələrində güclü hiss olunub.
Hadisə nəticəsində tələfat və ya dağıntı barədə məlumat verilməyib.
Gülay










































