Tayvan sahillərində iki zəlzələ baş verib

Tayvan sahillərində iki zəlzələ baş verib
DÜNYA
07:48 24.10.2026
138
Oktyabrın 24-nə keçən gecə Tayvanın şərq sahillərində 5 və 4,8 maqnitudalı iki zəlzələ baş verib.

Tayvanın Mərkəzi Meteorologiya İdarəsi xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 04:48 və 04:58-də (Bakı vaxtı ilə 00:48 və 00:58-də) qeydə alınıb.

Birinci zəlzələnin episentri Hualyan şəhərindən 31 km şərqdə dənizdə, ocağı isə 15,4 km dərinlikdə yerləşib.

İkinci zəlzələnin episentri həmin şəhərdən təxminən 30 km şərqdə, 16,6 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.
 
///report///

OXŞAR XƏBƏRLƏR