Tayvanda güclü zəlzələ oldu

Tayvanda güclü zəlzələ oldu
DÜNYA
14:36 24.12.2025
88
Tayvanın cənub-şərqində yerləşən Taytung prefekturasında 6,1 bal gücündə zəlzələ baş verib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Mərkəzi Meteorologiya Bürosunun (MMEB) məlumatına görə, episentri Taytung şəhər mərkəzindən 10,1 kilometr şimalda yerləşən zəlzələ 11,9 kilometr dərinlikdə qeydə alınıb.

6,1 bal gücündə zəlzələ Taytung prefekturasında, eləcə də şimaldakı Hualian və Pintung prefekturalarında güclü hiss olunub.

Zəlzələdən sonra heç bir tələfat və ya maddi ziyan qeydə alınmayıb.
OXŞAR XƏBƏRLƏR